SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Sabirabad rayonunun mərkəzi stadionunda iməclik keçirildi
Sabirabad mərkəzi stadionu 3 il bundan əvvəl tam yararsız vəziyyətdə idi. Ətrafda yaşayan qonşular stadionun ərazisinin hasarını uçurdub, qoyun otarırdılar. Stadiondakı inzibati binalar isə tam yararsız vəziyyətdə idi, damları uçuq idi. Yerli camaatın dediyinə görə axşamlar da pis vərdiş aludəçiləri həmin əraziyə gəlirdi.
2021-ci ildə Həmkarlar İttifaqının dəstəyi ilə stadiondakı 2 inzibati binadan 1-i tam, digər isə qismən təmir edildi. Hər ikisinin dam örtüyü tam yeniləndi. Uçuq hasarlar yenidən hörüldü. Stadionun girişindəki 2 gözətçi klubun hər ikisi tam təmir edildi. Stadionda ot örtüyü bərpa edildi.
Hazırda baxımsızlıq səbəbindən stadionun or örtüyü bərbad vəziyyətdədir, ərazini yabani bitkilər örtüb. Ətrafdakı qonşular yenə hasarı uçurdub, qoyun otarırlar. İnzibati binanın birinin pəncərələrini də daşla sındırıblar.
Mil-muğan regional gənclər idarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və aidiyyəti qurumlarla əraziyə baxış keçirdik. Birlikdə iməclik keçirdərək, stadionun müəyyən ərazisini təmizləyə bildik. Sabah kənd təsərrüfatı texnikası ilə tam təmizlənəcək. Stadionun baxımsızlıq səbəbi kimi su problemi göstərildi. Sadionun ot örtüyünü bərpa edəcəyik, suvarılması üçün müasir su sistemi də çəkəcəyik. Pəncərələri bərpa edib, əraziyə kamera sistemi quraşdıracayıq.
Bütün bu tədbirlərin yekununda bizim təşəbbüsümüz və Mil-muğan regional gənclər idarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 14-18 yaş uşaqlar arasında futbol çempionatı keçirəcəyik. Stadionu da regional gənclər idarəsinin nəzarətinə verəcəyik.